"Qəbələ" - "Qarabağ" - 49-cu duelə doğru

11.11.2018 | 3590 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Stadium.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 49-cu duel olacaq. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə “Qəbələ” 42, “Qarabağ” 59 qola sevinib.

“Qəbələ”nin heyətində 28 fərqli futbolçu rəqib qapısına yol tapıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə qol vurub. Premyer Liqada 42-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 41 görüşdə ağdamlılar 19, “qırmızı-qaralar” 10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada “Qəbələ” 37 qol vurub, 53-nü buraxıb. “Qəbələ” 23-cu dəfə “Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail