Maksim Medvedev: "Risk eləmək istəmirdik"

18.11.2018 | 3410 dəfə oxunub

“Bizim üçün çox ağır oyun oldu. Uzun zamandır bu qarşılaşmanı gözləyirdik. Bildiyiniz kimi, iki həlledici oyundan birinə çıxdıq. İki oyuna 6 xal qazanıb, birinci yerə yüksələ bilərik. Bu günkü oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibi analiz edib, baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. İstədiyimiz kimi hücuma çıxıb, lazım olan qolları vurduq”.

Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, rəqibin ikinci hissədə təyziq etdiyini deyib: “Rəqib ikinci hissədə 5-li müdafiə sistemini dəyişdi. Bir müdafiəçinin yerinə hücumameylli futbolçu meydana çıxdı. Ona görə bir az təyziq etməyə başladılar. İki qolla öndəydik və risk eləmək istəmirdik. Çalışdırdıq ki, daha sərbəst oynayaq. Belə deyim, özümüzdən fantastika yaratmaq istəmirdik. Daha rahat, dəqiq ötürmələrlə hücuma çıxmaq istəyirdik”.


29 yaşlı sağ cinah müdafiəçisi növbəti turdakı Kosova ilə oyun haqda da danışıb: “Rəqib futbolçuların ustalığı yüksək səviyyədədir. Belə müqayisə etsək, Kosova ilə oynaya bilərik. Əsas odur ki, diqqətimiz,  psixologiyamız yerində olsun və baş məşqçinin tapşırıqlarını yerinə yetirək”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail