"İlk dəqiqələrdən oynamağa hazıram" - Səlahət Ağayev

18.11.2018 | 4013 dəfə oxunub

"Milli komandaya dəvət alırıqsa, oynamağa hazırıq. İlk hissənin sonlarında mənə dedilər ki, meydana çıxmağa hazırlaş. Mən də isinmə hərəkətləri etməyə başladım və fasilədən dərhal sonra qapıda yerimi tutdum. Rəqib məni çox narahat etmədi. Qələbə qazanmışıqsa, əlbəttə, baş məşqçimiz razı qalıb". 

Bu sözləri millimizin qapıçısı Səlahət Ağayev UEFA Millətlər Liqasının 5-ci turunda evdə Farer adalarını 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. Səlahət fasilədə əvəzlədiyi əsas qapıçı Kamran Ağayevin son durumundan məlumatsız olduğunu söyləyib:

"Kamranın zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Ancaq ayağında ağrıları vardı. Milliyə dəvət alırıqsa, mən də, Emil Balayev də hər an oynamağa hazır olmalıyıq".

Qolkiper Kosovonun səfərdə Maltaya 5:0 hesabıyla qalib gəlməsinə də toxunub: "Əsas öz oyunumuzu fikirləşirik. Bildiyiniz kimi, Kosovoyla səfərdə çətin matçımız qalıb. Öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik. Əlimizdən gələni edərək qələbəyə nail ola bilərik. Başqa yolumuz yoxdur".

"Neftçi"nin 28 yaşlı qapıçısı noyabrın 20-də Priştinadakı həlledici matçda Kamran Ağayevi əvəzləməyə hazır olduğunu bildirib: "Allah eləsin ki, Kamranın vəziyyəti yaxşı olsun. Futbolçudur, heç kim istəməz ki, zədə alsın. Mənə ehtiyac olarsa, ilk dəqiqələrdən oynamağa hazıram".

Millimiz qrupdakı son oyununu noyabrın 20-də Priştinada Kosovoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qurban Qurbanovun komandası yalnız rəqibini məğlub edəcəyi halda adını pley-offa yazdıracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail