Qurban Qurbanov Berti Foqtsu keçdi

19.11.2018 | 4604 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adalarına 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi rekord göstəriciyə nail olub.

Stadium.Az xəbər verir ki, milli komandamız 26 illik tarixi ərzində ilk dəfə ardıcıl 5 rəsmi qarşılaşmanı məğlubiyyətsiz başa vurub.

Yığmamız sentyabr ayından mübarizə apardığı Millətlər Liqasında 5 oyun keçirib və 2 qələbə qazanıb, 3 heç-heçə edib. Buna kimi rekord 4 oyun idi. Belə ki, millimiz DÇ-2014-ün seçmə mərhələsində Berti Foqtsun rəhbərliy altında ardıcıl 4 oyun uduzmamışdı. Qurban Qurbanovlu komanda daha yaxşı göstəriciyə nail olub. Millimiz rəsmi görüşlərdə son məğlubiyyətini Robert Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə səfər oyununda (1:5) alıb.

Yoldaşlıq oyunları daxil olmaqla ardıcıl 6 oyunda uduzmayan millimiz tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millətlər Liqasından öncə yoxlama matçında Latviyaya 3:0 qalib gələn komanda ardıcıl 6 oyunla 1998-ci ildəki uğurlu seriyanı yenidən göstərib. 1998-ci ildəki oyunların hamısı yoxlama görüşləri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail