Tərlan Əhmədov: "Heç kimdən zəif deyilik" - Müsahibə

19.11.2018 | 4237 dəfə oxunub

Millimizin Millətlər Liqasındakı oyunları ilə bağlı yaranmış fasilədə "Keşlə" "Qaradağ Lökbatan"la yoxlama oyunu keçirib.

Oyundan sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Stadium.az saytına müsahibə verib
 
- Fasilə ərəfəsində hazırlıq necə gedir?
- Dörd futbolçumuz yığma komandadadı. Onlarsız hazırlaşırıq. Ehtiyatda olan və əvəzedicilərdən dəvət etdiyimiz futbolçularla “Qaradağ Lökbatan”a qarşı oynadıq. Sabahdan “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacağıq.
 

 
- Fasilə komandaya faydalı olacaqmı?
- O faydanı heç kim deyə bilməz. Hər komandada oyun problemləri var. Bu fasilədən də çalışırıq ki, səmərəli istifadə edək. Yəqin ki, xeyrimizə olan amil olar.
 
- Kamran Ağayev zədə səbəbindən millidən kənarda qaldı. Davud Kəriminin isə atası vəfat edib. “Keşlə” qapıçı problemi ilə üz-üzə qalıb. Bu durumu necə çözəcəksiniz?
- Həyatda heç kim heç nədən sığortalanmayıb. Hamının borcudu ki, milli komandaya futbolçu versin. Əlbəttə, Kamran həm yığma, həm də bizim üçün ciddi itkidi. Allah Davudun atasına rəhmət eləsin. Əlimizdə nə olsa, istifadə edəcəyik. Belə şeylərə hazır olmalıyıq. Həyatda zədələr və itkilər qaçılmazdı.
 
- Şahin Zəkiyevi Premyer Liqaya hazır qapıçı kimi görürsünüz?
- Hələ məsələni o dərəcədə fikirləşmirəm. Kamranın zədəsinin nə qədər ciddi olduğunu və Davudun həyata necə baxdığını bilmirəm. Əlimizdə nə olsa, onu edəcəyik. Lazım gəlsə, qapı Şahinə həvalə olunacaq.
 

 
- Avropa səhnəsinə ən qısa yol kubokdan keçir. “Keşlə” 1/8 finalda “Şüvəlan”ı keçsə “Qarabağ”la qarşılaşacaq. Tanış komandaların rəqib olması sizin üçün mənzərədi?
- Bəli, kubokdan yol qısadı. Elə bir komanda yoxdu ki, məğlubedilməz olsun. Çempionatda tez-tez üz-üzə gəlirik. Rəqiblərə hörmətlə yanaşırıq. İstəyirik ki, hər iki cəbhədə uğurlu çıxış edək. Premyer Liqada üst yerlərə qalxmaq və kubokda bacardığımız qədər irəli getmək istəyirik. Bizim oyunlar göstərir ki, kollektiv olaraq, heç kimdən zəif deyilik. “Şüvəlan” da rəqibdi, onlara hörmətlə yanaşırıq.
 
- Ötən il “Neftçi”yə gedəndə komanda çətin vəziyyətdə idi. Bu mövsüm “Keşlə”də də belə haldı. Bu durum sizi motivasiya edir?
- Baş məşqçi o vaxt motivasiyalı olar ki, komandası liderlər qrupunda qərarlaşsın. Çalışırıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Hər bir işdə motivasiya olmalıdı. Bu olmasa, işlər yolunda getməz, nəticə olmaz. Özüm şən və yaxşı əhval-ruhiyyədə oluram ki, komandaya da pozitivlik keçsin. Özümü necə motivasiya edirəmsə, komandaya ikiqat təsir edirəm. Çünki biz bu yerə layiq deyilik.
 

 
- Ötən il acınacaqlı günlər yaşayan “Neftçi”ni avrokuboklara daşıyaraq, nəticə qazandınız. Bunu “Keşlə”də etmək mümkün olacaq?
- Biz istəkli olaraq, işləməyə davam etməliyik. Mənim sehrli çubuğum yox idi ki, gedib, “Neftçi”ni avrokuboklara daşıyım və son yerdən 3-cü pilləyə qədər aparım. Bu, tək Tərlan Əhmədovun əməyi deyildi. Düzdü, bütün məsuliyyət mənim üzərimdə idi. Hər il eyni uğuru qazanmaq çətindi. İstəyirəm ki, işlədiyim yerdə uğur olsun. Komandaya və ətrafımdakılara inamım olmasaydı, işə qol qoymazdım. Çətin və ağır mərhələli yoldu. Çalışacağıq ki, öhdəsindən gələ bilək.
 
- Yeddi yerli mütəxəssisin olduğu yarışda çempionata əcnəbi mütəxəssisin çalışdırdığı komanda başçılıq edir.
- Bu, futboldu. Hər şey mümkündü. Hər il yerli mütəxəssis çempion olurdu. Bizim işimiz irəli getməkdi. Hələ çempionluq barədə düşünmək tezdi. Əcnəbi məşqçi liderdisə, hələ çempionluğa çox var. “Neftçi” ardıcıl 4 il çempion oldu və daha sonra “Qarabağ”ın dövrü başladı. Burada azərbaycanlı məşqçilərin rolu, əməyi olub. “Neftçi” bu gün liderlik edir, amma hər şeyə sonda baxarıq. Hələ çempionluğa çox var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail