"Milan" Poqbanı heyətə qatır

20.11.2018 | 3967 dəfə oxunub

Son ay ərzində dörd mərkəz müdafiəçisinin üçünü zədə səbəbindən itirən "Milan" müdafiəçi axtarışındadır. Stadium.Az xəbər verir ki, "Milan"ın müdafiəçiləri Kaldara və Musakkiyo zədələndikdən sonra kapitan Romanyoli də sıradan çıxıb.

"Rossoneri"lərin idman direktoru Leonardo artıq yeni müdafiəçi axtarışındadır. Qış transfer pəncərəsinə bir ay müddət qaldığını nəzərə alaraq "Milan" azad agent qismində olan oyunçularla maraqlanmağa başlayıb. Hal-hazırda əsas namizəd kimi "Gənclərbirliyi"nin keçmiş futbolçusu, məşhur futbolçu Pol Poqbanın qardaşı olan Florentin Poqba göstərilir. Florentin may ayında "Gənclərbirliyi"nin oyunu zamanı simulyasiya edərkən, onu komanda yoldaşları tənqid edəndən sonra klubla olan müqaviləsinə xitam vermişdi.

28 yaşlı Florentin "Gənclərbirliyi"dən öncə fransanın "Sent-Etienn" klubunda çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail