Qurban Qurbanov: "Rəqib bizdən üstün idi və hər hansı dəyişiklik fayda verməyəcəkdi"

21.11.2018 | 4070 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olan yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 
 
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət də gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə vurdular, o da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün komandamızın gücü tam bilindi. Kosovo millisinin oyunçularının fərdi ustalığı göz oxşayırdı. Onlara uğurlar arzulayıram.

- Məğlubiyyəti yorğunluqla əlaqələndirirsiniz, yoxsa psixoloji problemlə?

- Bunların heç birini misal gətirmək istəməzdim. Rəqib həqiqətən güclüdür. Həm, psixoloji cəhətdən, həm ustalıq səviyyəsi baxımından bizdən üstün idilər. Qalib gəlmək lazım idi. Fərqli istəklə çıxmışdıq. Ancaq erkən qol planlarımızı pozdu. Yorğunluq da olur, psixoloji təzyiq də. Ancaq ilk növbədə rəqibin ustalıq səviyyəsini göstərərdim.
 
- Qeyd etdiniz ki, buraxılan qol planları pozdu. Ancaq qələbə arxasınca gəldiyinizi bildirdiniz. Komandanın “B” planı yox idi ki, qol buraxılsa, necə oynayacaqsınız? Axı, fasilədən sonra da futbolçular oyunda dönüş yarada bilmədilər.

- Sadəcə, 3 oyunçu dəyişmək imkanımız var idi. Qollar elə vuruldu ki, bu barədə düşünməyə imkanımız da olmadı. Qeyd etdiyim kimi, rəqib bizdən üstün idi və hər hansı dəyişiklik fayda verməyəcəkdi.
 
- Millətlər Liqası bitdi. Bizi, millimizi nə gözləyir? Qeyd etdiniz ki, millimizin potensialı budur. Millətlər Liqasında belə oynadıqsa, seçmə mərhələdə nə edə bilərik?

- Bunu deyə bilmərik. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq. Məncə, bu suala müəyyən zamandan sonra cavab vermək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail