Qara Qarayev: "Danışılacaq heç nə yoxdur" - MÜSAHİBƏ

21.11.2018 | 5212 dəfə oxunub

Milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev Millətlər Liqasının qrup mərhələsinin VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb:  

- Oyunun əvvəlində buraxdığımız qol rəqibə daha çox güc verdi. Qələbədən başqa heç-heçə və bütün məğlubiyyətlər bizi növbəti mərhələdən məhrum edirdi. İkinci dəqiqədə qol buraxmağımız bütün planlarımızı alt-üst etdi. Rəqib daha motivasiyalı oynamağa başladı. 

- Komanda rəqibin erkən qoluna heç bir reaksiya vermədi. Demək olar ki, ilk hissədə qol epizodları da yarada bilmirdi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Həmin o qoldan sonra Kosovo daha çox qapanmağa başladı. Hesabda da irəlidə idi. Azarkeşlərin önündə daha motivasiyalı oyun sərgiləməyə başladılar. İlk buraxdığımız qol rəqibin daha yaxşı oynamasına gətirib çıxartdı. Biz də konsentrasiyamızı itirdik. Özümüzə gələndə isə artıq çox gec idi.
 
- Rəqibin bəzi futbolçuları aparıcı liqalarda çıxış edir. Bəlkə onlar individual olaraq bizdən güclüdür?

- Danışılacaq heç nə yoxdur. Həqiqətən hər şey göz qabağında idi. Kosovonun oyunçularının xaricdə yaxşı komandada oynadıqları hiss olunurdu. Güclü oyunçulara malikdirlər. Bəlkə də qapımızda erkən qol görməsəydik, fərqli ola bilərdi.
 
- Kosovolu azarkeşlər himnimizi fitə basdılar. Heç bir stadionunda Azərbaycan himni bu qədər fitə basılmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bu yaxşı hal deyil. Bakıya gələndə bizim xalqımız onları normal qarşılayıb. Biz siyasi məsələrdən asılı olmayaraq kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz.
 
- Ondan sonra gözləyirdiniz ki, komanda daha aqressiv olacaq? Bu futbolçuları qıcıqlandırdı?

- Bəli. Qıcıqlandırdı. Yenə də təkrar edirəm. Qolu çox tez buraxdıq. Biz daha səbrli və sakit oynamaq niyyətində idik. Oyunun sonlarına yaxın şanslar tapıb, onlardan yararlanmaq istəyirdik. Buraxdığımız qoldan sonra sanki hər şeyi itirdik. Heç-heçə də rəqibə sərf edirdi.
 
- Sizin fikrinizcə yığmanın 4 qol buraxmağı çox deyil?

- Oyunun axırlarında 0:1 və ya 0:4 hesablı məğlubiyyətin heç bir fərqi yoxdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail