Maksim Medvedev: "Bizim futbolçuları dərhal bağlayırdılar" - MÜSAHİBƏ

21.11.2018 | 4508 dəfə oxunub

Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev Millətlər Liqasının son qrup matçında - Kosovo yığmasına səfərdə 0:4 hesabıyla uduzduğumuz səfər qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Belə ağır məğlubiyyətə səbəb nə oldu? Niyə 2-ci dəqiqədə buraxdığınız qola cavab verə və sonadək özünüzə gələ bilmədiniz?

- Belə baxanda, matça yaxşı hazırlaşmışdıq. Çox yaxşı əhval-ruhiyyəmiz vardı. Meydana nikbin çıxdıq. Bəli, heç kim gözləmirdi ki, ilk qolu belə tez buraxacağıq. Yenə də öz səhvimizdən qapımızda top gördük. Belə götürəndə, məşqdə belə vəziyyətlər üzərndə işləyirik. Ancaq yenə də hansısa diqqətsizlik bizi pis vəziyyətə qoyur. Çox erkən qol buraxmağımız rəqibə döyüşkən əhval-ruhiyyə verdi. Onlar bizə 2-ci qolu vurmağı daha böyük istəklə arzulayırdılar. Sonda buna artıqlaması ilə nail oldular.
 
- Buna necə hazır deyildiniz? Axı, bu, gözlənilən ssenarilərdən biri idi ki, Kosovo birinci qol vura bilər...

- Əlbəttə, hər şeyə hazır idik. Təəssüf ki, futbolçularda bu gün diqqətsizlik,  az konsentrasiya vardı. Bu, bir səbəbdir. İkinci baş məşqçinin göstərişlərini tam yerinə yetirə bilmədik. Üçüncü də 60-cı dəqiqədən sonra komandanın necə yorğun olduğu görünürdü. Nəticədə kosovolulara heç cavab verə bilmirdik. Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var və meydanda açıq futbol getməyə başladı. Onu demək olar ki, Kosovo bu gün çox yaxşı idi.

- Açığı, rəqibin yüksək pressinqinə tam gətirə bilmirdik. Sanki buna hazır deyildik. Halbuki, Maltayla oyunda bunu edə bildiklərini göstərmişdilər...

- Bunu təhlil etmişdik və bilirdik. Özümüz də yüksək pressinq etmək istəyirdik, onlar da. Bizim futbolçuları dərhal bağlayırdılar və ona görə risk edə, mərkəzə ötürmələr verə bilmirdik. Bu üzdən daim topu irəli çıxarırdıq ki, bu da oyunumuzu "sındırırdı". Biz də yüksək pressqinlə onların oyununu "sındırmağa" çalışırdıq, ancaq fərdi keyfiyyətlərdə görünürdü ki, rəqib yaxşı hazırlaşıb. Futbolçularının fərdi oyun keyfiyyətlərinin yüksək olduğunu gördük. Buna görə nə deyəsən?
 
- Belə demək olar ki, həlledici amil rəqibin fərdi planda bizdən sadəcə, güclü olması idi? Ayrı-ayrılıqda futbolçuları götürsək...


- Deyə bilmərəm ki, onlar güclüdürlər. Sadəcə, bu gün o komandada hər şey alınırdı, bizdə isə hücumların çoxunu yekunlaşdıra, sakitcə onların qapısına çata bilmirdik. Necə ki, Farer adalarıyla matçda bunu etmişdik. Başlıca problemi bunda görürəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail