"Aue" Dmitri Nazarovu göndərir?

06.12.2018 | 3957 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu qış fasiləsində heyətində dəyişikliklər edəcək.

Stadium.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Helqe Leonhardtla baş məşqçi Daniel Meyer arasında bu məsələ ilə bağlı görüş keçirilib.

Yanvarda 2-3 transferin edilməsi və bəzi aparıcı oyunçularla yeni müqavilə imzalanması qərara alınıb. İlin sonuna qədər komandanın çempionatda 3 oyunu qalsa da, Meyer gələn həftə "qara siyahı"nı da rəhbərliyə təqdim edəcək. O, yeni transferlərin edilməsi təqdirində ehtiyatda qalan bir neçə oyunçunun satılmasının tərəfdarıdır. Son vaxtlar ehtiyata məhkum olan Nazarovun da adının bu siyahıda olması istisna deyil.

Dmitri Nazarovun "Aue" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail