Roman Qriqorçuk "Astana"ya qayıdır

06.12.2018 | 6005 dəfə oxunub

Ukrayna mətbuatında "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun "Astana"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Stadium.Az “footboom.com” saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin yaxın vaxtlarda yenidən öz işinin başına dönəcəyi, hazırda onun səlahiyyətlərini yerinə yetirən Qriqori Babayanın əvvəlki kimi köməkçi məşqçi olacağı bildirilib.

Yayılan məlumatla bağlı açıqlama verən "Astana"nın mətbuat xidməti məsələyə komandanın Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun "Renn"lə səfər oyunundan sonra aydınlıq gələcəyini vurğulayıb:

“Komandanı "Renn"lə oyuna Qriqori Babayanın başçılıq etdiyi məşqçilər korpusu hazırlaşdırır. Avroliqanın qrup mərhələsinin matçları başa çatdıqdan sonra Roman Qriqorçukun hansı tarixdə öz vəzifəsinə qayıdacağı ilə bağlı məlumat veriləcək".

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılaraq "Astana"nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail