Ramil Şeydayev qalmaqala səbəb oldu - VİDEO

09.12.2018 | 4110 dəfə oxunub

Milli komandamızın futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” klubu Rusiya Premyer Liqasının XVII turu çərçivəsində öz meydanında “Rostov”u qəbul edib.

Stadium.az xəbər verir ki, Samara təmsilçisi 1-0 hesabı ilə qalib gəlib.

Görüşün 44-cü dəqiqəsində “Krılya Sovetov”ub hücumçusu Sergey Kornilonko ikinci sarı vərəqə ilə meydandan qovulub. 81-ci dəqiqədə isə qonaqların islandiyalı futbolçusu Raqnar Siqurdson topu “Krılya Sovetov”un ehtiyat oyunçular skamiyasına vurub.  Bir dəqiqə əvvəl qol müəllifi Antonun əvəzinə meydana daxil olmuş Ramil Şeydayev isə Raqnara kobud şəkildə reaksiya verib. Bu isə futbolçular arasında qalmaqala səbəb olub. Nəticədə Siqurdsona birbaşa qırmızı, Şeydayevə isə sarı vərəqə göstərilib. 

Hadisələrin sakitləşməsindən heç beş dəqiqə keçməmiş bu dəfə qonaqlarda moldovalı futbolçu Aleksandr Qatskan ikinci sarı vərəqə alaraq meydandan qovulub. "Rostov"un baş məşqçisi Valeri Karpin bu hadisəyə görə dördüncü hakimlə mübahisə edib. Belədə baş hakim Sergey Karasyov onu da texniki zonadan uzaqlaşdırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail