"Messini təsvir etmək üçün söz tapa bilmirəm"

09.12.2018 | 4079 dəfə oxunub

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandanın kapitanı Lionel Messinin İspaniya La Liqasının 15-ci turunun “Espanyol”la oyunundakı çıxışını dəyərləndirib.

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis Kataloniya derbisində 2 qol vurub, 1 məhsuldar ötürmə edən argentinalı hücumçuya tərif yağdırıb. Valverde Messi kimi futbolçuya sahib olduqları üçün özlərini şanslı hesab etdiklərini bildirib


“Hədsiz dərəcədə bəxtimiz gətirib ki, bizim Messimiz var və onun oyununda zövq alırıq. O, əvəzolunmaz futbolçudur. Leonu təsvir etmək üçün söz tapa bilmirəm. Yaxşı ki, o, bizimlədir və cərimə zərbələrindən qollar vurmağa davam edir”.

“Barselona”nın 4:0 hesabı ilə qalib gəldiyi matçda dubl edən Messi hər iki qolu cərimə zərbəsindən vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail