Olimpiya mükafatçımız karyerasını bitirir

12.12.2018 | 4094 dəfə oxunub

Azərbaycanın boks üzrə olimpiya mükafatçısı Teymur Məmmədov karyerasını başa vurmaq istəyir. Stadium.Az xəbər verir ki, bu barədə “Report”a 25 yaşlı idmançının özü məlumat verib. 

O, mümkün gedişini zədələrlə əlaqələndirib: “İslamiadadan sonra sol qolumdan əməliyyat olunduğum üçün uzun müddət məşqlərdən kənarda qaldım. Həmçinin burnumu da müalicə etdirmişəm. İndi isə sağ əlimdə problem yaranıb. Hazırda əməliyyat olunmaq üçün maddi durumum elə də yaxşı deyil. Təəssüf ki, Azərbaycan Boks Federasiyasında da maliyyə vəziyyəti yaxşı deyil. Digər tərəfdən, lap əməliyyat olunsam belə, 3-4 aya tam formaya düşə bilməyəcəyəm və 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları toplamağım mümkün olmayacaq. Vəziyyətə məntiqlə yanaşmaq lazımdır. Çıxıb uduzmaqdansa, boksdan hörmətlə getməyim yaxşıdır”.

91 kq çəki dərəcəsində yer alan boksçu karyerasını bitirəcəyi halda nə edəcəyini bilmədiyini söyləyib: “Hazırda qazanc yerim yoxdur. Karyeramı bitirsəm, bilmirəm necə olacaq. Çox istərdim ki, dövlət işində çalışım. Amma bunun üçün kimə müraciət etməli olduğumu da bilmirəm”.

Məmmədov onu da vurğulayıb ki, əldə etdiyi nailiyyətlər dövlət səviyyəsində ona gəstərilən dəstəyin nəticəsidir: “Bu günə qədər mənə göstərdikləri etimad və dəstəyə görə ölkə başçısına, Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Məşqçilərimə, komanda yoldaşlarıma minnətdaram. Hər kəsdən çox razıyam. Arzum “Tokio 2020”də qızıl medal qazanıb boksdan getmək idi. Amma görünən odur ki, alınmadı”.

Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O həmçinin Avropa çempionu, “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. 25 yaşlı döyüşçü dünya çempionatının gümüş və bürünc medallarını da qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail