UEFA Premyer Liqa klublarımıza pul ödədi

13.12.2018 | 4993 dəfə oxunub

UEFA-nın 2018/19 mövsümündə avrokuboklarda iştiraka görə ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb.

Stadium.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq qaydada klublara verilib.

Çempionlar Liqasında iştirak edən "Qarabağ" 1 milyon 140 min avro, Avropa Liqasına qatılan "Keşlə", "Neftçi" və "Qəbələ" isə 240 min avro alıb.

Ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş Keşlə (sabiq “İnter”) klubu üçün ayrılmış 25 min 10 avro vəsait 2017-ci ildə "İnter" Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün milli assosiasiyanın balansında saxlanılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail