Rəşad Sadıqov: "Dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım"

14.12.2018 | 4690 dəfə oxunub

Bizi necə çətin oyun gözlədiyini bilirdik. Rəqibimiz ərazi üstünlüyünə malik idi. Biz isə onlara çox da qol epizodu vermirdik".

Stadium.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la keçirilən oyundan (0:1) sonra deyib. Təcrübəli müdafiəçi məğlubiyyəti şərh edərkən bildirib ki, rəqibin ustalıq səviyyəsi öz sözünü dedi:

"Müdafiədə sıx oynasaq da, rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Biz isə rəqibin səhvlərindən yararlanmağa çalışırdıq. İki yaxşı qol imkanımız oldu. Donald Gerye və Araz Abdullayev fərqlənə bilərdi. Məncə, gücümüz çatan qədər mübarizə apardıq".

Sadıqov matçın əsas vaxtın əlavə olunmuş dəqiqələrdə baş verən erməni təxribatına da münasibət bildirib. O, meydana qaçan təxribatçının əlindəki separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını almaq istədiyini vurğulayıb:

"Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail