Ölkəmiz mövsümü UEFA reytinqində neçənci tamamladı?

14.12.2018 | 4418 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb. Stadium.Az xəbər verir ki, oynanılan matçlardan sonra  ölkəmizin mövqeyi dəyişməyib.

Azərbaycan 2018-2019 mövsümünü UEFA-nın klub reytinqində 19.000 xalla 26-cı pillədə başa vurub. Təmsilçimiz "Qarabağ" "Arsenal"a uduzduğu (0:1) üçün xal ehtiyatımız artmayıb.

Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 19.250 xalı var.

Azərbaycan kimi Kipr, Danimarka, Norveç, Qazaxıstan, Bolqarıstan, Slovakiya, Macarıstan, Lüksemburq üçün də Avropa Liqasının dünənki oyunları ilə mövsüm başa çatıb. Yalnız 19 ölkənin təmsilçiləri 2019-cu ildə Avrokubok mübarizəsini davam etdirəcək. Onların hamısı Azərbaycandan öndə qərarlaşıb. Buna görə də ölkəmizin mövqeyinin mövsümün sonunda da dəyişməz qalacağı dəqiqləşib.

Siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail