“Biz de Byazi ilə son dəfə Prosineçkinin təyinatından əvvəl danışmışıq"

14.12.2018 | 4020 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov A millinin baş məşqçisi vəzifəsinə namizədlə bağlı açıqlama verib.

Stadium.Az 1news.az saytına istinadən xəbər verir ki, o, deyib ki, hazırda işləməyən məşqçilərlə bağlı təhlillər aparırlar:

“Biz indi siyahı hazırlayırıq. Bu günə qədər heç kimlə danışıqlar aparmamışıq və heç kimlə də görüşməmişik. Amma tam mümkündür ki, ilin sonunda bəzi namizədlərlə danışıqlar başlasın. Soruşa bilərsiniz ki, namizədlər siyahısında kim var. Namizədlər çoxdur. Ona görə də biz onların işinin təhlilini aparırıq, bundan sonra isə danışıqlar başlayacaq. Əgər məşqçilər özləri əleyhinə olmasa, onların adlarını açıqlayacağıq”.

Milliyə italiyalı məşqçinin təyin olunacağı ilə bağlı məlumatlara toxunan AFFA rəsmisi deyib: “Bizim namizəd siyahımız  genişdir. Amma dediyim kimi, heç kimlə danışmamışıq. Bu, italiyalı məşqçilərə də aiddir. Bizim siyahıda italiyalı namizədlər də var, amma onlar çox deyillər. Elə ölkələr var ki, namizədləri daha çoxdur. Amma biz məşqçini milliyətinə görə axtarmırıq. Əsas onun işinin keyfiyyəti, təcrübəsi, təhsili və keçmişdəki nəticələridir. Çox vacibdir ki, məşqçi Azərbaycanda yaşamağa hazır olsun”.

Roberto di Matteo və Canni Byazi ilə bağlı suala cavabında E.Məmmədov deyib: “Biz de Byazi ilə son dəfə Prosineçkinin təyinatından əvvəl danışmışıq. Amma biz o vaxt xorvatı seçdik. O vaxtdan onunla danışığımız olmayıb. Roberto di Matteoya gəlincə, başa düşmürəm, onun namizədliyi hardan ortaya çıxıb. Biz onunla heç vaxt danışmamışıq. Nə üç il əvvəl, nə də indi. Mənim özüm üçün də təəccüblüdür ki, onun adı namizədlər sırasında niyə çəkilir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail