"Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam"

14.12.2018 | 5906 dəfə oxunub

"Neftçi”nin yeni transferi Mamadu Mbodj klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, bir neçə gün əvvəl 2,5 illik müqaviləyə imza atmış 25 yaşlı seneqallı mərkəz müdafiəçisi öz oyunu ilə azarkeşlərin rəğbətini qazanacağına inandığını bildirib.

- Yeni klubda özünüzü necə hiss edirsiniz?

- Hər şey yaxşıdır. Görürəm ki, səviyyəli komandamız var. Bəzi oyunlara baxıb, sözün yaxşı mənasında təəccüblənmişəm. Düzdür, güclü bir komandaya gəldiyimi bilirdim, amma yenə də yaxşı mənada heyrətləndim.

- Hava şəraitinə uyğunlaşa bilirsiniz?

- Bəli, artıq uyğunlaşmışam. Onsuz da Litvada daha da soyuqdur. Buranın havasını daha çox bəyəndim.

- Bəs komanda yoldaşlarınıza necə, adaptasiya ola bilirsiniz?

- Çox yaxşı komandamız var. Bura gələnədək heç kimi tanımırdım. Yalnız bir-iki dəfə Soni Mustivarla telefon vasitəsilə əlaqə saxlamışdım. O, "Neftçi” haqda çox yüksək fikirlər söyləmişdi. Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam.

-"Neftçi” hazırda ölkə çempionatında birinci yeri tutur...

- Bilirəm ki, qarşıya çempion olmaq məqsədi qoyulub. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Azarkeşlərimiz haqda nə deyə bilərsiniz?

- "Neftçi”nin güclü azarkeş ordusuna malik olduğunu bilirəm. Baxdığım qarşılaşmalarda da bunun şahidi olmuşam. İnanıram ki, öz oyunumla onların rəğbətini qazana biləcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail