Aftandil Hacıyev: "Çox ciddi cəza olacaq"

15.12.2018 | 6266 dəfə oxunub

"Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, turnir cədvəlində fərqli yerlərdəyik. Maraqlı matçın şahidi olduq".

Stadium.Az xəbər verir ki, bunu "Səbailin baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Cavab görüşündən nə gözləyirsiniz...

- Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarizə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə olacaq və mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.

- Belə başa düşdüm ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makedoniyalı legioneriniz Tome Kitanosvki ağır cəzalanacaq...

- Çox ciddi cəza olacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq, həm də əlavə. Kitanosvki artıq ayılmalıdır. Onun bu qədər vərəqə alması təsadüf ola bilməz.

-Ölkə mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm bu məlumatı hardan yazıb. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə, onu zaman göstərəcək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail