Rauf Əliyev: "Belə davam etsək, “Səbail”i də keçə bilərik" - MÜSAHİBƏ

09.02.2019 | 5778 dəfə oxunub

"Qəbələ”nin hücumçusu Rauf Əliyev Azərbaycvcan Premyer Liqasının 16-cı turunda səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Həqiqətən gərgin oyun alındı.Rəqib ilk hissədə azlıqda qalmasına baxmayaraq, bizimlə başabaş mübarizə apardı. Bəzi epizodlarda bizdə də səhvlər oldu. Halbuki daha rahat oyun göstərə bilərdik. Əsas olan nəticədir. 3 xal qazanıb, “Sabah”ı turnir cədvəlində arxada qoyduğumuz üçün çox sevinirik.

- “Sabah” 10 nəfərlə oynamasına baxmayaraq, “Qəbələ” ikinci hissədə arxaya çəkilmişdi. İkinci qolu vurub, daha da rahatlaşmaq olmazdımı?

- Əlbəttə ki, ikinci qolu vura bilərdik. Epizodlarımız da oldu. Sadəcə, tələskənliyə yol verdik, həmin məqamlarda rahat oynaya bilmədik. Rəqib 10 nəfərlə qalsa da, bizi təzyiq altında saxlaya bildi. 1:0 elə nəticədir ki, heç vaxt rahat ola bilmirsən.

- Səni oyunun ən yaxşısı saymaq olar, çünki qələbə qolunu vurmusan. Bu haqda nə deyərdin?

- Hücumçu kimi bu gün qol vurub komandama qələbə qazandıra bilirəmsə, sevindirici haldır. Bu cür davam edib, qollarımın sayını artırmaq və “Qəbələ”yə əlimdən gəldiyi qədər kömək etmək istəyirəm.

- Turnir cədvəlində “Sabah”ı keçdiniz, qaldı “Səbail”...

- Qarşıda oyunlar var, maksimum xal yığmağa çalışacağıq. Belə davam etsək, “Səbail”i də keçə bilərik.

- Rauf belə davam etsə, milliyə də qayıda bilərmi?

- Əlbəttə, millidə oynamağı hamı istəyir. Futbolçu üçün ən yüksək pillə yığmadır. Yenidən o formanı geyinmək üçün əlimdən gələni edəcəyəm. Hər şey öz əlimdədir. İnanıram ki, qol vurmağa davam etsəm, milliyə də dəvət alaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail