Qurban Qurbanov: "Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim"

12.02.2019 | 4645 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasına qatılmamasının səbəbini açıqlayıb.

Təcrübəli mütəxəssis açıqlamasında ona vaxtında məlumat verilmədiyi üçün yığıncaqda iştirak etmədiyini bildirib:

"İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim".

Qurbanov "Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı" sualına isə belə cavab verib: "Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub".

İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Nikola Yurçeviç milli komandamıza baş məşqçi təyin olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail