Ayxan Abbasov: "Bəzi şeylər dəyişməlidir"

16.02.2019 | 4603 dəfə oxunub

Əvvəla üzr istəyirəm. Paltardəyişmə otağı yaxın idi. Sizin qarşınızda belə şey olmamalı idi". 

Stadium.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 17-ci turunda "Keşlə"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Konfransa əsəbi halda gələn Abbasovu hətta klub prezidenti Riad Rəfiyev də sakitləşdirə bilməyib. Əvvəlcə "mümkün deyil" deyən Abbasovun istefa verməsi gözlənilirdi. O, bu fikirləri səsləndirib: "Uşaqlar yaxşı hazırlaşmışdı. Qələbə qazanmaq istəyirdik. Bilirdik ki, məğlubiyyət işimizi çətinləşdirəcəkdi. Rəhbərliklə görüşümüz olacaq".

- Görüş nədən ibarət olacaq?

- Bəzi şeylər dəyişməlidir. Avrokuboka getmək istəyiriksə, dəyişilməlidir. Bu baş verməsə, yəqin ki, bu klubda olmayacam.

- Legioner istəyirsiniz?

- Təkcə legioner söhbəti deyil. Azarkeş qələbə, avrokuboka getmək istəyir. Görürsünüz ki, çətindir. Bizim də səhvimiz olub. Hamımızın səhvi var. Yaxşı hazırlaşmışdıq, çox şey gözləyirdik. Futbolda bəzi qaydalar var, bunu heç kim pozmamalıdır.

-Penalti epizodu barədə nə deyə bilərsiniz?

- Epizodu görmədim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail