Samir Abasov: "Yaxşı tərəf odur ki, ..."

16.02.2019 | 4890 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Zirə” evdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

Stadium.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov “CBC Sport”a matçla bağlı fikirlərini səsləndirib

- Hansına görə siz təbrik düşür: Mübarizə, oyun, yoxsa nəticə?

- Məncə, mübarizəyə görə təbrik düşür. Fikrimcə, oyun da pis deyildi.

- Nəticədən razı qaldınız?

- Fikirləşsək ki, rəqib çempionatda liderdir, pis nəticə deyil. Yaxşı hesab edirəm.

- Qış fasiləsindən sonr aüç oyun keçirmisiniz. İlk oyunda gözləmədiyiniz məğlubiyyət aldınız. Ancaq digər iki qarşılaşmanı uğurlu adlandırmaq olar. Düşünmək olar ki, “Zirə” fasilədən sonra özünə gəlib?

- Özünə gəlməyini deyə bilmərəm, mənfi cəhətimiz odur ki, yeni transferlərimiz bizə gec qoşuldular. Özünüz görürsünüz ki, kimizə bir, kimisə də yarım hissə oynadırıq. Onların tam hazır olması üçün vaxt lazımdır. Biz də səbirsizliklə gözləyirik. Yaxşı tərəf odur ki, yeni gələnlər həddən artıq çox çalışırlar ki, “Zirə”nin bir hissəsi olsunlar. Getdikcə yeni transferlərdən də yararlanaraq, yaxşı “Zirə” görərik.

- Hiss olunurdu ki, futbolçularda motivasiya fərqli idi. Maraqlıdır, oyundan öncə onlara nə demişdiniz? - Xeyr, sadəcə, oyundan kənar olan söz-söhbətlərdir ki, bu oyuna ayrı motivasiya var. Bilmirəm ki, belə söz-söhbətlər niyə yaranır. “Neftçi”nin “Zirə”yə uduzması həmişə maraq doğurur. Bəlkə də buna görə belə fikir formalaşıb. “Neftçi”yə qarşı hansısa xüsusi hazırlığımız yox idi. Çempionatın oyunu kimi bu qarşılaşmaya hazırlaşmışdıq.

- Bu gün “Zirə” qələbə də qazana bilərdi. İkinci hissədə imkanlarınız oldu və buna reaksiyalarınızı görürdük. - Uduza və ya qələbə qazan bilərdik. “Neftçi”nin də haqqını vermək lazımdır. Onlar da bir neçə epizodda qol vura bilərdilər. Rəqibə verdiyimiz boşluqları anlayıram və əsəbləşmirəm. Ötən oyunda olduğu kimi, bu matçda da əsas deməzdim, ancaq iki-üç yerli oyunçumuz yox idi ki, mövqe uğrunda lazım olanlardır. Sadio Tounkaranı sağ cinahda müdafiəçi kimi oynatdıq. “Neftçi” oradan hücumlar edəndə İlkin Qırtımovu orada oynatmağa məcbur olduq. Şanları qola çevirsəydik, qalib də gələ bilərdik. Şükürlər olsun ki, uduzmadıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail