Bordin: "Çətin oyun olacağını əvvəlcədən bilirdik"

16.02.2019 | 5340 dəfə oxunub

Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oyandı, fasilədən sonra vəziyyəti dəyişdik". 

Bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 17-ci turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçədən sonra söyləyib. 54 yaşlı italiyalı mütəxəssis bildirib ki, iki xal itiriblər: "Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdur. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı".

Bordinin sözlərinə görə, "Neftçi" sona qədər hücum futboluna üstünlük verib: "Səhvlər olanda hamı günahı müdafiəçilərdə görür. Amma elə deyil. Əsas komanda oyunudu". ‌

Baş məşqçi fevralın 17-də keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu barədə də danışıb: "Onlar gördülər ki, xal itirdik. Buna görə motivasiyalı olacaqlar. Lakin matçın nəticəsinin necə olacağını bilmək olmaz"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail