Prosineçki: "Onlar da Azərbaycan kimi partlamamış bombadır"

21.02.2019 | 4918 dəfə oxunub

“Qarnımın aşağı hissəsində ağrı hiss etdim. Əvvəl heç vaxt belə olmamışdı. Çox dözülməz idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki deyib. Bağırsağındakı problemlə bağlı ötən ilin dekabrında əməliyyat olunan xorvatiyalı mütəxəssis 2 aya 20 kq arıqlayıb. Xoşagəlməz hadisəni xatırlayan Prosineçki bunları söyləyib:

“Dərhal məni xəstəxanaya apardılar. Qanda zəhərlənmə olmasın deyə təcili bıçaq altına yatmaq lazım idi. Əməliyyat uğurlu keçdi. Ancaq xəstəxanada uzun müddət qalmaq asan deyil”.

Ötən ilin yanvarından Bosniya və Herseqovina millisinə başçılıq edən Prosineçki Avro-2020-nin seçmə mərhələsində mübarizə aparacaqları rəqibləri dəyərləndirib:

“Uğursuzluqdan qorxurammı? Qorxsaydım, Bosniyaya gəlməzdim. Nədən qorxmalıyam ki? Seçmə mərhələdəki uğursuzluqdan? Qrupumuzda İtaliya millisi yer alır. Hansı ki, DÇ-2018-ə gedə bilmədilər və yenidən böyük turnirə qayıtmaq istəyirlər. Yunanıstanla köhnə haqq-hesabımız var. Onlar da uzun müddətdir bu cür yarışlara qatıla bilmirlər. Sabiq Avropa çempionlarının da müəyyən hədəfləri var və öz məqsədlərinə nail olmağa çalışacaqlar. Yunanlar arzuolunmaz rəqibdir. Ancaq qarşısıalınmaz deyillər.

Rəqiblərimizdən biri Finlandiyadır. Onlar da Azərbaycan kimi partlamamış bombadır. 50 ildə bir sürpriz edirlər. Finlər ötən seçmə mərhələdə səfərdə Xorvatiya ilə heç-heçə edərək, hamını təəccübləndirmişdi. 

Ermənistan? Əgər biz bu yığmadan qorxuruqsa və onlara qalib gələ bilmiriksə, onda heç Avro-2020-yə getməməliyik. Bu, rəqibi qiymətləndirməmə deyil. Amma həqiqətdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail