Ramil Şeydayev: "Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm"

23.02.2019 | 3286 dəfə oxunub

"Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm və bunun olmağını istərdim. Çünki söhbət uşaqlığımdan bəri azarkeşlik etdiyim doğma və sevimli şəhərimin komandasından gedir".

Stadium.Az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında milli komandamız və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev deyib. Yetirməsi olduğu "Zenit" klubuna qayıtmaq istədəyini bildirən 22 yaşlı futbolçu "Qarabağ"dakı karyerasını da xatırlayıb. Ramil Ağdam klubunun heyətində Çempionlar Liqasındakı iştirakının onun üçün böyük təcrübə olduğunu söyləyib:

"Əlbəttə, hər şey göz qabağındadır. Amma onu deyim ki, bu təcrübə sadəcə verilmir, insanı oyundan oyuna təhlil aparmağa vadar edir, böyüdür. Ümid edirəm ki, orada qazandığım təcrübənin mənə köməyi olacaq. Çempionlar Liqası elə bir atmosferdir ki, yenidən ora düşmək istəyirsən. Amma həm də başa düşürsən ki, bunun üçün çox çalışmaq lazımdır.

"Krılya Sovetov"dakı vəziyyətindən də söz açan Şeydayev orada hər şeyin ürəyincə olduğunu deyib: "Həm şəhər, həm komanda, həm də mənim üçün yaradılan şərait çox xoşuma gəlir. Ən əsası isə "Krılya Sovetov"da inkişaf etmək üçün hər cür imkan var. Buna görə buradayam. Oynamağa hazıram".

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviçlə bağlı da fikirlərini bildirən forvard serbiyalı mütəxəssisdən ağızdolusu danışıb: "Onun məşqləri çox xoşuma gəlir. İlk növbədə komandadakı ab-havanı dəyişib. Burada məşq etməkdən, həzz alıram. Hər şey qaydasında gedir. Burada təkcə mənim üçün yox, bütün kollektiv üçün rahatdır".

Ramil 2017-2018 mövsümündə icarə əsasında "Qarabağ"ın formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail