Ramil Şeydayev: "Hər şey tam bəlli deyil"

24.03.2019 | 4735 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sabah Litva yığması ilə qarşılaşacaqları yoxlama oyunundan əvvəl media nümayəndələriylə görüşüb.

Stadium.Az xəbər verir ki, Şeydayev sabahkı oyunla bağlı bunları deyib:

– Sabahkı oyunun nəticəsi bizim üçün vacibdir. Baş məşqçimiz də bizə bildirib ki, qələbə qazanaraq, qarşıdakı oyunlara yüksək motivasiya qazana bilərik. Litva millisi güclü komandadır. Amma oyunun favoriti bizik.

 Məşhur karikaturaçı Omar Momani səninlə bağlı karikatura hazırlayıb. Bunu görmüsənmi və səndə hansı hisslər yaradıb?

– Təbii ki, belə karikaturaların çəkilməsi heç kimə pis təsir etməz. Meydanda nəsə eləməyə cəhd edirsənsə, buna karikaturaların çəkilməsi müsbət haldır.

 Sənə təkliflər varmı və "Krılya Sovetov"da gələcəyini necə görürsən?

– Cavab vermək çətindir. Hər şey tam bəlli deyil. Nə olacağını gələcəkdə görəcəyik. Hazırda çempionatda yaxşı irəliləyirik. Yenə qollar vura bilərəm və ya, əksinə də ola bilər. Hələ ki, təklif yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail