"Səbail"dən danışılmış oyunlarla bağlı bəyanat yayıb

25.03.2019 | 5684 dəfə oxunub

"Səbail" əvəzedici komandasının bəzi üzvlərinin danışılmış oyunlarda iştirakı ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Paytaxt təmsilçisi rəsmi sayt vasitəsilə bəyanat yayaraq, iddiaları təkzib edib:

"Son günlər bəzi mətbu orqanlarda “Səbail-2” komandasının bir neçə üzvünün danışılmış oyunlarda iştirak etməsi ilə əlaqədar komandadan xaric olunması barədə əsassız və heç bir fakta söykənməyən informasiyalar dərc olunmaqdadır. İctimaiyyətdə “Səbail” PFK barədə yanlış fikirlərin formalaşmasına və klubumuzun imicinə zərər vurulmasına səbəb ola biləcək bu cür dəqiqləşdirilməmiş məlumatların fakt kimi təqdim olunmasını qəti şəkildə pisləyirik.

Məlumat üçün bildiririk ki, ötən ilin dekabr ayında həqiqətən “Səbail-2” komandasının üzvləri – Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Adı qeyd olunmuş futbolçuların komandadan ayrılmasına səbəb hər hansı danışılmış oyunlarda iştirakı deyil, “Səbail-2” komandasının məşqçilərinin korpusunda dəyişiklik baş verməsi və yeni məşqçi korpusunun heyətin komplektləşdirilməsi prosesində həmin futbolçuların xidmətinə ehtiyac duymamasıdır.

“Səbail” komandadan ayrılan futbolçulara gələcək karyerasında uğurlar arzulayır.

Son olaraq, ictimaiyyətə yanlış informasiyaların verilməməsi üçün “Səbail” ilə bağlı dərc olunan bütün məlumatların klubun mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail