Cəbrayıl Həsənov Avropa çempionu olub

10.04.2019 | 5953 dəfə oxunub

Sərbəst güləşçimiz Cəbrayıl Həsənov Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub. O, vaxtından əvvəl – final matçına çıxmadan bu ada sahib olub.

Məsələ burasındadır ki, 79 kq. çəkidə yarışan güləşçimiz finalda Əhməd Qazıməhəmmədovla (Rusiya) qarşılaşmalı idi.

Həkimlərin qərarına əsasən, Qazıməhəmmədov həlledici görüşə çıxmayacaq. Buna onun yarımfinalda zədələnməsi səbəb olub. Rusiya millisinin baş məşqçisi Dzambolat Tedeyev Rusiya Güləş Federasiyasının saytına açıqlamasında məlumatı təsdiqləyib. O qeyd edib ki, Qazıməhəmmədov bu gün səhər tibbi müayinədən keçib. Bundan sonra həkimlər onun final görüşünə çıxmağına icazə verməyiblər.

Beləliklə, Əhməd Qazıməhəmmədov finalda iştirak etməyəcəyi üçün yarışın gümüş, Cəbrayıl Həsənov isə qızıl medalına layiq görüləcək.

2016 Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan C.Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu adını qazanıb.

Çempion sevincini belə bölüşüb: 

"Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi.

Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail