Kanadada "Qarabağ" klubu yaradıldı

15.04.2019 | 5576 dəfə oxunub

Kanadanın Torondo şəhərində bir qrup azərbaycanlı gənc “Qarabağ” adlı futbol klubu yaradıb.

Stadium.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub. “Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar. Kanadada yaradılan “Qarabağ” futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər”, – deyə məlumatda qeyd edilir. Bildirilir ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda da “Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər. Artıq yeni yaradılan “Qarabağ” 3 mindən çox üzvü olan “Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub. Klubun yaradıcıları ad üzərində düşünəndə, Azərbaycanın ən uğurlu klublarından biri olan “Qarabağ”ın adını öz klublarına da verməyə qərar verib və bunu ən doğru seçim hesab ediblər. “Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir. “Klubun təmsilçiləri bildirirlər ki, “Qarabağ” futbol klubu təkcə ölkəni və milləti tanıtmaq üçün deyil, həm də icma daxilində qardaşlıq və əməkdaşlıq üçün bir vasitə rolunu oynayır. Artıq bu təşəbbüsümüz bizi Torontodakı başqa həmyerlilərimiz və futbolsevərlərlə birləşdirib. Bunun davamı olaraq biz yeni və fərqli təşəbbüslərlə də çıxış edəcəyik. Ümid edirik ki, hər bir addım bizim birliyimiz üçün dəstək rolunu oynayacaq” – deyə məlumatda qeyd olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail