Valverde: "Yarımfinala çıxacağıq"

15.04.2019 | 5140 dəfə oxunub

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə doğma meydanda keçiriləcək cavab oyunu öncəsi qarşılaşma barədə danışb: 

"Rəqibin hansı planlarının olduğunu bilmirəm. Amma onların Çempionlar Liqasındakı nəticələri göz qabağındadır. "Mançester Yunayted" səfərdə oynadığı 4 matçın 3-də qələbə qazanıb. Onlar son dəqiqələrdə "Yuventus" və PSJ-yə qol vurub. Biz öz oyunumuzu düşünməliyik.

Düzdür, səfərdə qol vurmuşuq, amma bu, növbəti mərhələ yüksələcəyimizə zəmanət vermir.Şanslar haqda danışmayacam. Sadəcə, rəqibin qapımıza qol vurmağına imkan verməməyə çalışacağıq. Üstünlüyümüzün olduğunu düşünmək axmaqlıq olar. Rəqibin güclü tərəfləri var Bu, qələbə haqda düşünən komandadır. Buna görə də meydanda daha güclü olduğumuzu sübut etməliyik.

Lakin onlar böyük ehtimalla son matçlardakı kimi oynayacaqlar. Rəqibin potensialını bilirik. Yaradacağımız hər təhlükəli epizoda cavab verəcəklər. "Mançester Yunayted" boşluq tapan kimi rəqibini cəzalandırır. Ümid edirəm ki, yarımfinala çıxacağıq, amma ciddi rəqiblə qarşı-qarşıyayıq".

"Barselona" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 1:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail