Millimizin eks üzvü necə döyüldüyünü izah edib

23.04.2019 | 5662 dəfə oxunub

"Təəssüflər olsun ki, haqqımda yayılan son xəbərlər hardasa doğrudur".

Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın keçmiş üzvü Saşa Yunisoğlu deyib. Bir neçə gün öncə Xətai rayonu N.Rəfiyev küçəsində 2 nəfər naməlum şəxs tərəfindən döyülən veteran futbolçu şəxsi "Feysbuk" səhifəsində başına gələn hadisənin təfərrüatlarını açıqlayıb:

"Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım, park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedi və maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı.

Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini almağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım, bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdı".

İndsident nəticəsində ciddi xəsarət almadığını bildirən Saşa polisə müraciət etməyib: "Heç bir yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz, inşallah! Çünki, cəmiyyətimizdə idmançılara hörmət var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail