Messi ilə Mbappe mübarizə aparır, Ronaldo yox

24.04.2019 | 5761 dəfə oxunub

Avropada “Qızıl buts” mükafatını kimin qazanacağı böyük maraq doğurur. Stadium.Az xəbər verir ki, hazırda bu mükafat uğrunda əsasən iki futbolçu – “Barselona”nın kapitanı Lionel Messi və PSJ-nin hücumçusu Kilian Mbappe mübarizə aparır.

Bu mövsüm rəqib qapılarından ümumilikdə 33 top keçirən argentinalı superulduz favorit göstərilsə də, rəqibindən 3 top az vuran fransalı forvardın ona çatmaq şansı da yüksək qiymətləndirilir.  Hətta “Barselona”nın 3 cəbhədə - La Liqa, İspaniya kuboku və Çempionlar Liqasında mübarizə apardığını və Messinin yorğun olduğunu nəzərə alan futbol mütəxəssisləri Mbappenin onu geridə qoya biləciyini də düşünürlər.

Maraqlıdır ki, bu mövsüm Avropada ən çox qol vuran 10 futbolçu arasında ötən yay “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldonun adı yoxdur. Portuqaliyalı hücumçu 19 qolla 11-ci pillədə qərarlaşıb. 


1.Lionel Messi (“Barselona”) – 33 qol (66 oyun)

2. Kilian Mbappe (PSJ) – 30 qol (60)

3. Fabio Kualiyarella (“Sampdoriya”) – 22 qol (44)

4. Mbaye Diane (“Qalatasaray”) – 28 qol (42)

5. Luis Suares (“Barselona”) – 21 qol (42)

6. Robert Levandovski (“Bavariya”) – 21 qol (42)

7. Kşiştof Pyotek (“Milan”) – 21 qol (42)

8. Kərim Benzema (“Real”) – 21 qol (42)

9. Duvan Zapata (“Atalanta”) – 21 qol (42)

10. Luk de Yonq (PSV) – 27 qol (40)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail