Poqbanın gedəcəyi dəqiqləşir

24.04.2019 | 4762 dəfə oxunub

"Mançester Yunayted"də qalıb-qalmayacağı müzakirə olunan Pol Poqba ilə bağlı yeni iddia ortaya atılıb.

Stadium.Az xəbər verir ki, Fransanın dünyaca məşhur "L`Equipe" nəşri 26 yaşlı yarımmüdafiəçinin ingilis klubundan ayrılacağını yazıb. Artıq Poqbanın bu barədə komanda yoldaşlarına da məlumat verdiyi bildirilir. 

Poqbanın hazırkı müqaviləsinin müddəti 2 il sonra başa çatır. Amma Mançester təmsilçisi müqavilənin uzadılması ilə bağlı heç bir addım atmayıb. Bu isə onun satılacağı ehtimalını daha da artırır.

Daha əvvəl yayılan xəbərlərə görə isə Poqba Çempionlar Liqasına düşməyəcəyi halda "MY" rəhbərliyindən maaşının artırılmasını tələb edib. 

Poqbanın adı son vaxtlar "Real"la hallanır. Amma onun illik gəlirinin yüksək olması (ilinə 17 milypn avro) və Madrid klubu rəhbərliyi iə futbolçunun meneceri arasındakı gərginlik bu transferi əngəlləyə bilər. 

"Real"dan başqa Poqbaya PSJ-nin də maraq göstərdiyi bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail