"Qəbələ" Fransada ilk qələbəsini qazandı

12.05.2019 | 5144 dəfə oxunub

"Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da növbəti oyunlarını keçirib.

Stadium.az xəbər verir ki, “qırmızı-qaralar” 9-16-cı yerlər uğrunda mübarizədə iki matça çıxıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda öncə Fransanın “Brest” klubu ilə görüşüb. “Qəbələ” Samir Məhərrəmlinin vurduğu qolla meydandan qalib ayrılıb – 1:0. Bu qələbədən sonra 9-12-ci yerlər uğrunda çıxışını davam etdirən komanda Fransanın digər klubu “Tuluza” ilə görüşüb. 1:1 hesabı ilə başa çatan matçda “qırmızı-qaralar”ın qoluna Samir Məhərrəmli imza atıb. Görüşün qalibi isə penaltilərlə müəyyənləşib. 3:2 hesabı ilə qələbə qazanan “Qəbələ” 9-cu yer uğrunda oynamaq imkanı əldə edib. Azərbaycan təmsilçisi bu gün keçiriləcək son görüşündə “Monako” ilə qarşılaşacaq.

San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail