AFFA-dan Kloppa cavab

13.05.2019 | 4928 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı kəskin bəyanatına münasibət bildirib.

Stadium.Az xəbər verir ki, Məmmədovun açıqlamasında bildirib: 

“Yurgen Kloppun sözləri məni xoşagəlməz bir şəkildə təəccübləndirdi. O, həmişə çox pozitiv insan təəssüratı bağışlayıb. Üstəlik, hamımız bilirik ki, o, futbolda həqiqətən də uğurlu nəticələr əldə edən böyük mütəxəssisdir. Amma bütün bunlarla yanaşı, onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılması ilə bağlı fikirləri ilə razı deyiləm. Biz futbolun dəyərlərinə hörmət etməli və onu inkişaf etdirməliyik. Əsas dəyərlərimizdən biri də futbolun sərhədlərinin genişlənməsi, onun qloballaşmasıdır.

Avropa çoxdan bu qitənin qərb hissəsi ölkələrinin sərhədlərindən kənara çıxıb və əminəm ki, Avropa çempionatı oyunlarının və Avropa kuboku finalının Şərqi Avropa ölkələrində keçirilməsi bu ölkələrdə futbolun inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, gənc nəsil arasında onun daha da populyarlaşmasına və gənclərin futbola cəlb edilməsinə xidmət edir”- deyə Elxan Məmmədov qeyd edib.

AFFA-nın baş katibi xatırladıb ki, bəzi ölkələrdə skeptik əhval-ruhiyyənin olmasına baxmayaraq, Rusiyada mükəmməl təşkil olunmuş Dünya çempionatının şahidi olduq.

“Eyni sözləri Kiyevdə və yaxud 10 il əvvəl İstanbulda Çempionlar Liqasının final oyunlarının təşkili barədə də deyə bilərik. Bəli, ola bilsin bu il Madriddə qiymətlər Çempionlar Liqasının finalına görə yüksəlib, ancaq bu bazar iqtisadiyyatının yan təsiridir və böyük idman tədbirləri ərəfəsində hər yerdə olur.Razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çox çətin olacaq. Lakin əsl azarkeşlər üçün məsafə nə vaxtdan maneə olub?Xatırlatmaq istəyirəm ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə üç şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı.

Heç kəs digər ölkələrin iştirak etməsi imkanlarına məhdudlaşdırmadı. Əminəm ki, Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda əminəm ki, Madriddə də buna şahid olacağıq.

Biz çox yaxşı hazırlaşmışıq. Bakıdakı otellərdə yerlər var, restoran və maqazinlərdə pivə kifayət qədərdir, aviaşirkətlərdə isə əlavə çarter reyslərinin açılması planlaşdırılır. Bir sözlə, hər kəsin diqqətini öz işinə cəmləşdirməsinin əsl vaxtıdır.

Yurgen Kloppa isə qlobal futbol dəyərlərini fəal şəkildə yüksəltməyi, ölkələri və paytaxtları Avropa kuboklarının finalını keçirmək üçün layiq və layiq olmayanlara bölməməyi məsləhət görərdim. O, məşhur bir insandır və dünyada milyonlarla azarkeş onun fikirlərini dinləyir.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Kuboklarının final oyunlarının keçiriləcəyi Madrid və Bakı şəhərlərinə biletlərin qiymətinin və yaşayış xərclərinin yüksək olması ilə bağlı azarkeşlərin narazılığına münasibət bildirib.

“Madridə gəldikdə, məncə, hər şey inanılmaz dərəcədə bahadır, amma ən azından Bakıdan fərqli olaraq dünyanın başqa bir hissəsində deyil. Düşünürəm ki, orada final oyunu keçirmək kifayət qədər komikdir. Belə qərarları qəbul edən uşaqların nahar vaxtı nə yediklərini bilmirəm, çünki onlar bunu edirlər.

Keçən il Çempionlar Liqasının finalında Kiyevdə oynadıq. Bu, çox gözəl bir şəhərdir. Amma Rusiya komandasının və ya dünyanın bu hissəsindən olan başqa bir komandanın finalda olacağı ehtimalı çox azdır. Və çıxdığımız zaman hər kəs hazır olmalıdır.

Madrid də təxminən iki yüz min ingilis azarkeşini qəbul etməyə hazır olmalıdır. Ancaq onlar bunun baş verə biləcəyini təsəvvür edirdilər. Finalda “Ayaks”la oynayacağımız təqdirdə isə daha çox azarkeş olacaqdı. 

Amma Bakı... Ora necə gedəcəyimizlə bağlı heç bir fikrim yoxdur. Heç bir aydınlıq yoxdur. Qərarlar (finalı keçirmək barədə) daha məqbul və məntiqli olmalıdır. Bu məsuliyyətsizlikdir. Bu cür qərarları necə qəbul etdiklərini bilmirəm.

Bəlkə qiymətlərin aşağı salınması, hansısa yolla məhdudlaşdırılması ilə bağlı razılığa gəlmək lazımdır. Eşitdiyimə görə oteldə adətən 100 funta olan nömrənin qiyməti hazırda 2700 funta icarəyə verilir. Bu ağılsızlıqdır” deyə, Klopp bildirib.

Bir qədər öncə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi digər dövlət strukturları, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)  ilə birgə UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsinə tam hazır olduqlarını və ölkəmizə gələcək turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradıldığını bəyan ediblər.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, final oyununun hazırlıqları tam sürəti ilə davam edir.

29-30 may tarixlərində “AZAL” aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Bundan əlavə finalçı klublar və UEFA Avropa Liqası ilə AZAL arasında əlavə çarter reyslərinin təşkili ilə bağlı danışıqlar aparılır.

“Bakıda müxtəlif büdcələrə cavab verən beynəlxalq və yerli markalı otellərin olması tədbir zamanı xarici qonaqların rahatlığını təmin edəcək. Gəliş, yerləşmə və ölkədə qalma zamanı turistlərin və qonaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət və özəl biznes nümayəndələri tərəfindən diqqətlə nəzərdən keçirilib. Çox vacibdir ki, Azərbaycan ən az terror təhlükəsi olan ölkələrin dünya reytinqində ilk yerlərdən birini tutur. 

Matçın hazırlanması və təşkil edilməsi prosesinə cəlb edilmiş bütün dövlət qurumları bu əhəmiyyətli idman tədbirinin uğurla keçirilməsi üçün daha gücləndirilmiş bir rejimdə çalışacaqlar”- deyə, məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, Azərbaycanın Formula 1, Avroviziya, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışların uğurlu təşkilində və keçirilməsində böyük təcrübəsi var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail