Antuan Qrizmann "Atletiko"dan rəsmən ayrıldı: Hansı kluba keçir?

15.05.2019 | 4688 dəfə oxunub

Antuan Qrizmannın mövsümün sonunda "Atletiko"dan ayrılacağı dəqiqləşib. Stadium.Az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi fransalı hücumçunun komandanı tərk edəcəyini təsdiqləyib. 28 yaşlı futbolçunun "Barselona"ya keçəcəyi gözlənilir. Kataloniyalılar dünya çempionu üçün "Atletiko"ya 120 milyon avro təzminat ödəyəcək.

Klubun rəsmi saytına təəssüratlarını bölüşən forvard azarkeşlərə təşəkkür edib: "Burada 5 gözəl il keçirdim. Hər şeyə görə sağ olun. Siz həmişəlik mənim qəlbimdə qalacaqsınız".

Gözlənildiyi kimi Qrizmann "Barselona"ya keçəcək. Bu keçid qarşılığında isə "Barsa" Koutinyonu Madrid klubuna göndərəcək.

2014-cü ilin yayında "Real Sosyedad" 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olan Qrizmann Madrid klubunda keçirdiyi 256 oyunda 133 qol vurub. O, 2017-2018 mövsümündə Avropa Liqası və UEFA Superkubokunu qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail