İkinci Avropa Oyunlarına qatılacaq idmançılarımızın sayı açıqlanıb

18.05.2019 | 4470 dəfə oxunub

Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunacaq. Stadium.Az xəbər verir ki, bu barədə Azərbaycanın şef de-missionu, Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Belarusun paytaxtına 165 nəfərə yaxın heyətlə yollanacaq. Onlardan 121 nəfəri Atletlər kəndində qalacaq.

“Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub. Azərbaycan millisi bu yarışda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, əldə etdiyi 56 medalla 2-ci yeri tutub. Rusiya yığması isə ən çox - 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc) götürüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail