"Barselona"dan açıqlama: VALVERDE QALACAQ

18.05.2019 | 7578 dəfə oxunub

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu, Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a məğlub olaraq mübarizəni dayandırdıqdan sonra istefaya göndəriləcəyi deyilən baş məşqçi Ernesto Valverde ilə bağlı açıqlama verib.

Stadium.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, 55 yaşlı mütəxəssisin göndəriləcəyi ilə bağlı yayılan xəbərləri yalanlayıb:

“Valverde bizim istədiyimiz baş məşqçidir. Prezident olaraq mən və rəhbərlik baş məşqçinin arxasındayıq. Onunla davam edən bir müqaviləmiz var. Üstəlik, müqaviləni daha bir il uzatmaq seçimimiz də var. Planımız bu seçimdən istifadə etməkdir. İspaniya kubokunun final matçından sonra nələr olacağını görəcəyik”.

Mövsümü dəyərləndirən prezident, Çempionlar Liqasındakı uğursuzluq haqqında danışıb:

“Bizim üçün möhtəşəm keçən bir mövsüm oldu. Hədəfimiz əvvəlcə La Liqanı qazanmaq, sonra isə ölkə kubokunda və Çempionlar Liqasında qalib gəlmək idi. Bundan sonra da hər zaman daha artığını istəyəcəyik. Qarşıda kubokun finalı var. Hər kəs Çempionlar Liqasında mübarizəni dayandırdığımız oyun haqqında danışır. Komanda olaraq özümüzü toplamalı və qarşıdakı final matçında qalib gəlməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail