Sənan Qurbanov: "Ötənilki finalı yaxşı xatırlayırıq"

18.05.2019 | 6507 dəfə oxunub

“Bu oyun mən və komandamızda olan bəzi futbolçular üçün 4-cü final olacaq. Əvvəlki üç final matçında uğursuzluq yaşamışıq. Bunu dərk edirik. Belə bir şans yaranıb ki, kuboka sahib ola bilərik. Mövsümü titulla başa vurub avrokuboklara yollanmaq şansımız var. Futbolçular bunu yaxşı dərk edirlər. Sabah ağır oyun olacaq. Final bir matçdan ibarətdir. Maksimum gücümüzlə, tam konsentrasiya ilə mübarizə aparmaq və kuboku qazanmaq istəyirik. Ötənilki finalı yaxşı xatırlayırıq. Hansı çatışmazlıqların olduğunu analiz etmişik. Meydançada əlimizdən gələni edəcəyik”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun finalında sabah keçiriləcək "Sumqayıt"la oyun öncəsi deyib.

O, heyətdəki itkiləri hiss etdirməməyə çalışacaqlarını bildirib: “Cəzalı futbolçular Sabien Lilay, Amin Seydiyev, həmçinin xəstə olduğu üçün oyuna gətirilməyən Ceyms Adeniyi finalda iştirak edə bilməyəcək. Bu, finaldır. Hər bir futbolçu maksimum dərəcədə istəklidir. İtkilərimiz də, onların yerini dolduran oyunçularımız da var. Futbolçularımızın gücünə inanırıq. Sabah bunları meydançada göstərmək üçün əlimizdən gələni edəcəyik".

S.Qurbanovun sözlərinə görə, oyun planında dəyişiklik yoxdur: "İlboyu eyni sistemi tətbiq etmişik. Rəqibi analiz etmişik. Onların güclü və zəif cəhətlərini futbolçularımıza göstərmişik. Adeniyinin edə bildiklərini meydana çıxacaq futbolçumuza tapşırmışıq. Çalışacağıq ki, oyun sistemini komanda şəklində reallaşdıraq. Bu stadionda oynamışıq. Yaxşı ab-hava var idi. Hava şəraiti də hər iki komanda üçün yaxşıdır, eynidir. Meydana çıxıb mübarizə aparmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail