"Nə vaxtsa "Neftçi"də çalışmağı çox istərdim" - Keçmiş "Neftçi"li

19.05.2019 | 4414 dəfə oxunub

Bu gün "Neftçi”nin sabiq futbolçusu Julius Vobayın 35 yaşı tamam olur. 1984-cü il mayın 19-da dünyaya gəlmiş yarımmüdafiəçi 2012-2015-ci illər ərzində "Neftçi”də çıxış edib, 2013-cü ildə Azərbaycan çempionatının və kubokunun qalibi olub.


Stadium.az xəbər verir ki, klubun rəsmi saytı "Neftçi” ailəsi adından syerra-leoneli futbolçunu təbrik edib.

- Doğum gününüz mübarək, Julius!

- "Neftçi”yə təşəkkürümü bildirirəm ki, məni unutmurlar və ad günü münasibətilə təbrik edirlər. Bu klub həmişə mənim ürəyimdədir. Artıq məşqçi olmaq üçün tədbirlər görürəm. Nə vaxtsa "Neftçi”də çalışmağı çox istərdim.

- Doğum gününüzü necə qeyd edəcəksiz?

- İlk növbədə onu bildirmək istəyirəm ki, hər keçən ilə görə Allahıma minnətdaram. Bu dəfə ad günüm Müqəddəs Ramazan ayına düşür deyə, xüsusi tədbir görməyəcəm. Ramazan ayı bitəndən sonra isə ailəmlə birlikdə ad günümü qeyd edəcəm.

- Ən yaddaqalan doğum gününüz hansı olub?

- Ən yaddaqalan doğum günüm elə "Neftçi”də oynayan vaxta təsadüf edib. Klubda son ilim idi, dostlarımla yığışıb çox gözəl bir ad günü keçirmişdik.

- "Neftçi”dəki sabiq komanda yoldaşlarından kimlərləsə əlaqə saxlayırsız? Ümumiyyətlə, keçmiş komandanızın oyununu izləyirsiz?

- "Neftçi”ni təqib edirəm. Klubun "İnstagram” hesabına yazılmışam. Komandanın nəticələri ilə həmişə maraqlanıram. Keçmiş komanda yoldaşlarımla da ünsiyyətdə oluram. Bu klubun azarkeşlərinin qəlbimdə xüsusi yeri var. Hər zaman mənə dəstək verirdilər. Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail