Zaur Həşimov: "10 dəqiqə ərzində kəlmə də kəsmədik"

19.05.2019 | 5731 dəfə oxunub

 "Qəbələ"nin məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun finalında "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konransında jurnalistlərin suallarını cavablandırıb:

- Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.

- Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadınız…

- Oyunun sonlarında geri çəkildik. Rəqib bizi müdafiəyə çəkilməyə vadar etdi.

- Fasilədə nəyi müzakirə etdiniz?

-  10 dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm kəsb edir.

- Avroliqa planlarınız necədir?

- Hələ ki, heç bir plan tərtib olunmayıb.

- Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilərmi?  

- Birmənalı şəkildə kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail