AFFA üç oyunçunu çempionatdan kənarlaşdırdı

20.05.2019 | 4682 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda futzal üzrə yüksək liqanın “Araz” – “Xəzər Cənub” oyununda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

Matçın 25-ci dəqiqəsində “Xəzər Cənub” komandasının 24 nömrəli oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb. 48-ci dəqiqədə “Xəzər Cənub” komandasının 13 nömrəli oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı –qırmızı vərəqə aldığına üçün 1 oyun cəza alıb.
 
Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisələrlə bağlı isə aşağıdakı qərarlar qəbul edilib:
 
“Xəzər Cənub” komandasının 12 nömərli futzalçısı Raşid Qalapur, 13 nömrəli futzalçısı Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə, 12 ay müddətinə cəzalandırılıb. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Oyundan sonra hakimi təhqir etdiyinə görə “Xəzər Cənub”un 24 nömrəli futzalçısı Hamid Raşidi isə 3 oyun cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail