Sadıq Sadıqov: "Neftçi"nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb"

21.05.2019 | 5644 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov "Neftçi"yə qayıtmayacaq. Stadium.Az xəbər verir ki, bu barədə o, atv.az-a müsahibəsində deyib. 

"Neftçi"nin sabiq prezidenti paytaxt təmsilçisinə nə vaxtı qayıdacağı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, mən bunu edə bilməyəcəm. “Neftçi”nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb. İndi cüdodayam, cüdomuzun inkişafı və uğuru üçün çalışıram. Sabah harada olacağımı deyə bilmərəm, amma konkret bilirəm ki, “Neftçi”də bir daha olmayacam".

Sadıqov Bakıda cüdo üzrə mötəbər idman yarışlarına azarkeşlərinin çox maraq göstərməməsi barədə suala  isə belə cavab verib:

"Bunun səbəbini mən də tapa bilmirəm. Axı yarışlarımız kifayət qədər reklam da olunur, təşkilatçılıq baxımdan bizə ümumiyyətlə, çatanı yoxdur. Avropa Oyunları, İslam Oyunları, Formula1, müxtəlif idman növlərində  dünya və Avropa çempionatı – hamısını dövlətimiz yüksək səviyyədə keçirib və bunu heç kəs inkar edə bilməz!

Elə götürək Bakıdakı "Böyük Dəbilqə"ni, onun təşkilatçılığı heç cüdo üzrə dünya çempionatlarının təşkilindən geri qalmırdı desək, yanılmarıq. Beynalxəlq cüdo federasiyasının prezidenti cənab Vizer belə təşkilatçılığa heyran qaldığını gizlətmədi. Amma yerli azarkeşlərin bu cür yarışlara biganə qalması şəxsən məni də məyus edir. Siz doğru buyurursunuz ki, heç hamının sevdiyi futbolda belə ən maraqlı qarşılaşmaları paytaxtda maksimum 1500 azarkeş izləyir. Misal üçün "Neftçi”- “Qarabağ” oyununu götürsək. Halbuku əvvəlki dövrlərdə “Xəzər Lənkəran”  -“Neftçi”  matçına 15-16 min tamaşaçı gəlirdi bölgə stadionuna, Bakıda isə onların sayı 10 minə çatırdı…".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail