Alman azarkeşlərdən azərbaycanlı uşaqlara bilet jesti

22.05.2019 | 5583 dəfə oxunub

Almaniyanın "Ayntraxt" klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Stadium.az xəbər verir ki, Avropa Liqasının yarımfinal mərhələsində "Çelsi"yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub. "DW Sports" nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut "Twitter" hesabında "Ayntraxt" azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb. "Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 "Ayntraxt" fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb", - deyə Feliks qeyd edib. Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail