Erməni idmançılar Bakıda mübarizə aparacaqlar

24.05.2019 | 4420 dəfə oxunub

Bu gün Bakıda start götürəcək aerobika üzrə Avropa çempionatında erməni idmançılar da mübarizə aparacaq. Stadium.Az xəbər verir ki, Rusiya millisinin heyətində yarışan Qarsevan və Duhik Canazyan bacı-qardaş artıq paytaxtımızdadır.

Azərbaycan hakimiyyəti tərəfindən verilən bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Avropa Liqasının paytaxtımızda keçiriləcək final oyununa gəlməkdən imtina edən Arsenal-ın erməni futbolçusu Henrix Mxitaryandan fərqli olaraq, həmvətənləri heç bir problem yaşamadan ölkəmizə gəliblər.

Bu isə bir daha onu göstərir ki, Azərbaycan idmanı siyasətə qarışdırmır. Bakıdakı yarışlarlarda iştirak etmək istəyən istənilən erməni idmançının təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilir. Qarsevan və Duhik Canazyanın Bakıda keçirilən turnirdə iştirakı Mxitaryanın final oyununa gəlməməsinə görə Azərbaycanı günahlandıranlara növbəti layiqli cavabdır.

Milli Gimnastika Arenasında keçiriləcək aerobika üzrə Avropa çempionatıbu gün start götürəcək. Yarışda 22 ölkənin idmançıları mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail