"Real"dan Neymar üçün sürpriz təklif

21.06.2019 | 5525 dəfə oxunub

Yay transfer pəncərəsində 303 milyon avro qarşılığında 5 futbolçunu heyətə qatan "Real" rəhbərliyi dayanmaq niyyətində deyil.

Stadium.Az xəbər verir ki, Eden Hazardın ardından Perezin növbəti hədəfinin Neymar olduğu bəlli olub. 2013-cü ildə futbolçunun "Barselona"ya keçidinə mane ola bilməyən "kral klubu" indi onun üçün 130 milyon avro ilə yanaşı Beyl və Rodrigezi təklif edir.

"Mundo Deportivo" PSJ-də xoşbəxt olmadığını açıqlayan Neymar üçün "Real"ın illik 30 milyon avro ödəməyə hazır olduğunu yazıb. Müqayisə üçün qeyd edək ki, sambaçı Paris klubunda ilinə 36 milyon məvacib alır.

Ulduz futbolçu ötən gün verdiyi açıqlamada PSJ-də xoşbəxt olmadığını, evinə dönmək istədiyini dilə gətirmişdi. "Barselona"nın da Neymarın dönüşündə maraqlı olduğu qeyd olunur.

PSJ isə ulduz futbolçunun satışından 300 milyon ağro qazanmağı düşünür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail