Rüstəm gümüş, Hidayət bürünc medal qazandı

24.06.2019 | 6935 dəfə oxunub

2-ci Avropa Oyunlarında cüdo yarışları davam edir.  Stadium.Az xəbər verir ki, bu gün kişilərin yarışında Azərbaycan təmsilçilərindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) mübarizəyə başlayıb.

Azərbaycanın yarışdakı bayraqdarı olan R. Orucov 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlub edib. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə erməni idmançı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə vaza-ari xalı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb.

Onun final yolunda son rəqibi yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə 1 dəqiqə 51 saniyəyə qalib gələn cüdoçumuz finala yüksəlib. O, həlledici görüşdə isveçli Tommi Masiasla üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Rüstəm gümüş medalla kifayətlənib.

Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finaldakı rəqibi isə yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə ipponla uduzan Heydərov təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz bürünc medal uğrunda mübarizə aparıb. Laşa Şavdatuaşvili qalib gələn Heydərov bürünc medal qazanıb. Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə uduzaraq, mübarizəni dayandırıb.

İlk yarış günündə Azərbaycanın 7 cüdoçusu medalsız qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail