Messini ağır cəza gözləyir

09.07.2019 | 1606 dəfə oxunub

Cənubi Amerikanın futbol konfederasiyası Argentina millisinin futbolçusu Lionel Messini cəzalandırmağa hazırlaşır.

Stadium.Az "AS" nəşrinə istinadən xəbər verir ki, buna onun federasiyanı korrupsiyada ittiham etməsi səbəb ola bilər. Qurum 32 yaşlı hücumçunu bu açıqlamasına görə 2 il millinin oyunlarından kənarlaşdırmağı düşünür.

Bu cəza tətbiq olunsa, Messi o zaman Amerika kuboku-2020-ni və DÇ-2022-nin seçmə mərhələsini buraxacaq.

Messi Çili ilə 3-cü yer uğrunda 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra federasiyanı korrupsiyada ittiham edib. Oyunda qırmızı vərəqə alan futbolçu mükafatlandırma mərasimində iştirak etməməklə yanaşı, yarışın təşkilatçılarının Braziliyanın turniri qalibi olması üçün çalışdıqlarını söyləyib:

“Qari Medel və mənə sarı vərəqə göstərmək kifayət idi. Turnir ərzində bizə hörmət etmədilər. Bunun bir parçası olmaq məcburiyyətində deyilik. Burdan başı dik ayrılıram və komandamla qürur duyuram. Layiq olduğu hörmət göstərilərsə, bu komandanın da uğur qazanacağına inanıram. Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar”.

Finalda Perunu 3-1 hesabı ilə üstələyən Braziliya yığması Amerika kubokunun qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə